Əli Mirəliyevdən Mədəniyyət Nazirliyinə İRAD: “Dövlət tədbirlərində fonoqram qadağan edilməlidir”

“Onlar müğənni yox, müğənniciklərdir. Bunların oxumaq üçün nə səsləri var, nə də avazları. Ona görə də onlar ölənə kimi fonoqramla toy tutacaqlar. Üzeyir Mehdizadələr, Damlalar heç vaxt canlı oxuya bilməzlər. Onların məşhurluğunun gücü və ciblərinin pulu da fonoqramın sıradan çıxdığı gün bitəcək”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada müğənni Əli Mirəliyev deyib.

Müğənni söyləyib ki, toylarda və dövlət tədbirlərində canlı oxumaq üçün güclü səs və son model güclü texnika lazım olduğu üçün müğənnilərin çoxu bundan qaçır:

“Mən canlı toylara getdiyim vaxtlar qazandığımı demək olar ki, aparaturanın alınmasına və daşınmasına xərcləyirdim. Çünki keyfiyyətsiz aparatura bir anda ifaçının zəhmətini hədər edə bilər. Bunu da ancaq səsi, avazı və vicadanı olan ifaçılar edə bilər. Müğənninin tədbirə gedib orada oxunması da məhz bununla ölçülməlidir. “FİFA U-17” Qadınların Dünya Kuboku uğrunda 2012-ci il yarışlarının açılış mərasimində milyon müqabilində Bakıya Cennifer Lopez gəlmişdi. Mən əminəm ki, o məbləğin çox hissəsi onun aparaturasının daşınmasına getmişdi. Çünki o, əsl ulduzdur və stadionda kütlənin qabağında canlı oxumalı idi. O, ifasını əldəqayırma aparatura ilə edə bilməzdi və gəldiyi pulun müqabilində fanoqram oxumağı da özünə sığışdırmadı. Bunları etməklə bizim illərdir yerli ifaçılar tərəfindən fanoqramla aldadılan izləyicilərimizə də hörmət nümayiş etdirdi”.

Əli Mirəliyevin sözlərinə görə özünə hörmət edən izləyici məclisinə gələn ifaçılardan canlı ifa tələb etməlidir:

“Toyunda iki saatlıq ifa üçün 15 min pul ödəyib əvəzində fanoqrama əl qaldırıb oynayan insan özünə və məclisinə hörmət qoymursa, Damla ona niyə hörmət qoymalıdır ki?
İfaçını səsinə görə dəvət edirlər ki, puluna minnət onun canlı ifasından zövq alsınlar. İndi camaatımız iki saatlıq Üzeyiri gətirir ki, onunla bir- iki şəkil çəkdirsin. Qonaqlar da desin ki, filankəsin qızının toyunda Damla oxudu. Halbuki toylarında heç 15 dəqiqə nə Damlanı, nə də Nuranı canlı eşidə bilmirlər.

“Ulduzlar” da bundan istifadə edərək səslərini internet və müasir səs artırıcıların gücü ilə artırıb mahnı yazdrırlar. Biraz hacıların hesabına o mahnının yaxşı reklamını aparır, sonra da toylarda, konsertlərdə fanoqramı qoşub yaxşı pullar qazanırlar. Halbuki Sovet vaxtı mənə, rəhmətlik Hüseynağa və Gülağaya toyda pulu canlı ifamıza görə verirdilər. Mən o zaman səs yazısıyla toya getsəydim, yəqin ki, məni o toyda döyüb qovardılar. Əsas məsələ o idi ki, məni toyuna dəvət edib pul ödəyən insanlar musiqi cəhətdən zövqlü idilər və əsl musiqinin nə demək olduğunu yaxşı anlayırdılar. Bunun müqabilində verdikləri hər qəpiyin haqqını tələb edərək toylarına dəvət etdikləri qonaqların da, musiqi zövqünü oxşamağa çalışırdılar”.

Ölkəmizdə fonoqramın məşhurlaşmasında müğənni Əli Mirəliyev Mədəniyyət Nazirliyini də ittiham edib:

“Əgər ən azı dövlət tədbirlərində canlı ifa qayda kimi qoyulsa, müğənnilərdəki məsuliyyət hissi də artar. Mədəniyyət Nazirliyi də bu ifaçıların oxuya bilmədiyinin fərqindədir, amma buna baxmayaraq onlara “Əməkdar” və “Xalq artisti” adları verir. Belə sənətə dəxlisiz adamlara fəxri adların verilməsi isə sənətə qarşı hörmətsizlikdir.  Həmişə problemləri səsləndirdiyim üçün nazirlik mənim kimi vaxtilə Bakı toylarında, eləcə də səhnələrdə can qoymuş ifaçını görməzdən gəlir. Mədəniyyət Nazirliyi özünü elə aparır ki, guya məni tanımır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Novruz bayramıdır

Bu gün Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO