“Hürrəm Sultan” obrazı ilə şöhrəti Yaxın Şərq və Rusiya kimi ölkələrə yayılan əslən almaniyalı aktrisa Meryem Üzərli ötən aylarda Rusiyanın ən məşhur kosmetika şirkətlərindən birinin siması seçilib.
Bizim.Media xəbər verir ki, Dubayda çəkilən reklamın qarşılığında aktrisanın 1 milyon dollar (təxminən 1,7 milyon manat) qazandığı iddia edilib.
Reklamdan kadrları da sosial media hesabında paylaşan Üzərli bunun üçün əlavə 100 min dollar (170 min manat) qazanıb.
Rəşad Əliyev, Bizim.Media