Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə "YAŞAT" Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2022-ci ilin ilk 6 ayı ərzində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 73 647 tibbi xidmət göstərilib. 

İTSDA-dan Bizim.Media-ya verilən xəbərə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 64 924-ü ambulator, 8 723-ü isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 362 şəxsin 6 572 nəfəri müharibə iştirakçısı, 790 nəfəri isə şəhid ailəsi olub. 

Vətən müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən kəllə-beyin travmaları və onların ağırlaşmaları, ümumi tibbi baxış, essensial (birincili) hipertenziya və partlayış zamanı qəlpələrin səbəb olduğu zədələr ilə bağlı olub. 

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya, şəkərli diabet, essensial (birincili) hipertenziya, onurğanın osteoxondrozu, öd kisəsi xəstəlikləri və ümumi tibbi baxış ilə əlaqədar olub. 
O cümlədən 297 nəfər müharibə iştirakçısı, 52 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 451 cərrahi əməliyyat icra olunub.

Əməliyyatlar arasında yara tikilməsi, orqanlardan yad cismin çıxarılması, abses və hematomaların drenaj olunması, burun çəpər əyriliyi və appendektomiya - kor bağırsaqda soxulcanabənzər çıxıntının kəsilib götürülməsi üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkəmə Fikrət Cəfərlinin həbs müddətini UZATDI

Məhkəmə Fikrət Cəfərlinin həbs müddətini UZATDI

"Qalatasaray"da CİDDİ İTKİ

"Qalatasaray"da CİDDİ İTKİ

Narkotik haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

Narkotik haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

Bu şəhər Azərbaycanın alternativ paytaxtı olur? – İki mühüm addım atıldı

Bu şəhər Azərbaycanın alternativ paytaxtı olur? – İki mühüm addım atıldı

Qubada insan sümükləri TAPILDI

Qubada insan sümükləri TAPILDI

AFFA-dan "Neftçi"yə RƏDD CAVABI

AFFA-dan "Neftçi"yə RƏDD CAVABI

“ASAN xidmət”ə yeni səlahiyyət VERİLDİ

“ASAN xidmət”ə yeni səlahiyyət VERİLDİ

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Oleq Qazmanovun Ermənistan vətəndaşı tərəfindən pensiya yığımları ələ keçirildi

Oleq Qazmanovun Ermənistan vətəndaşı tərəfindən pensiya yığımları ələ keçirildi

Sakinlərin NƏZƏRİNƏ: Bakının bir qəsəbəsində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bir qəsəbəsində qaz olmayacaq

Dövlət Komitəsinin sabiq sədrinin qızı, kollecin keçmiş direktoruna CİNAYƏT İŞİ açıldı

Dövlət Komitəsinin sabiq sədrinin qızı, kollecin keçmiş direktoruna CİNAYƏT İŞİ açıldı

Elxan Səmədovdan "Qarabağ"a TƏBRİK

Elxan Səmədovdan "Qarabağ"a TƏBRİK

"Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" DƏYİŞDİ

"Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram" DƏYİŞDİ

Hansı xəstəliklərdə üzüm yemək olmaz?

Hansı xəstəliklərdə üzüm yemək olmaz?

Müşviqin adından dələduzluq edildi – VİDEO

Müşviqin adından dələduzluq edildi – VİDEO

Üç ölkəni sarsıdan CİNAYƏT İŞİ - 3 yaşlı uşağın yoxa çıxmasında əsas şübhəli azadlığa çıxdı - FOTO

Üç ölkəni sarsıdan CİNAYƏT İŞİ - 3 yaşlı uşağın yoxa çıxmasında əsas şübhəli azadlığa çıxdı - FOTO

Rəqibini dişlədi, 12 oyunluq CƏZALANDI

Rəqibini dişlədi, 12 oyunluq CƏZALANDI

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı TƏSDİQLƏNDİ

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı TƏSDİQLƏNDİ

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Mingəçevirdə avtomobilin vurduğu ana və 2 övladının SON DURUMU

Mingəçevirdə avtomobilin vurduğu ana və 2 övladının SON DURUMU

Kürdəmirdə qəzada həlak olan şəxs hərbçi imiş – FOTO

Kürdəmirdə qəzada həlak olan şəxs hərbçi imiş – FOTO

Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Bakı və rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Bakı və rayonlarda leysan yağır - FAKTİKİ HAVA

Ətir seçərkən digər şəxsləri də NƏZƏRƏ ALIN – Əks halda...

Ətir seçərkən digər şəxsləri də NƏZƏRƏ ALIN – Əks halda...

End of content

No more pages to load

RADİO