Razi Nurullayev: “Özlərini şiə elan edənlərin atdığı addımlar İrandan qaynaqlanır” – VİDEO 

“İran nəyisə gizli etməyə çalışsa da, həmişə bulaşdırır və bilinir ki, külək haradan əsir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Press Klub Tv”nin qonağı olan millət vəkili Razi Nurullayev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir


İranın Azərbaycana qarşı siyasətini sərt tənqid edən deputat qeyd edib ki, 44 günlük müharibə dönəmində də cənub qonşumuz ordumuzun irəliləməsinə maneə törədib:

“İndi Qız qalası deyilən su anbarının yaxınlığında İran sərhədçiləri hərbçilərimizin qarşısını kəsmişdi. Ona görə də ordumuz bir gün gecikmişdi. Ermənilər həmin müddətdə öz silah-sursatlarını yerləşdirmək üçün fürsət əldə etdilər və nəticədə bizim həmin ərazidə xeyli şəhidimiz oldu. Bunun da birbaşa günahkarı İran oldu. Biz bunu unuda bilərikmi?”

Razi Nurullayev İranın Azırbaycanın acığına Ermənistanı müdafiə etdiyini də vurğulayıb:

“Xatırlayırsınızsa, Azərbaycanın acığına Ermənistan baş nazirinin ayağının altına qırmızı xalça sərmişdilər. Bu Azərbaycana göndərilən bir mesaj idi. Amma gəlin baxaq, Azərbaycan bu günə qədər İranın əlehinə hər hansı addım atıbmı? İran bu günə qədər Azərbaycana qarşı hər hansı sübut ortaya qoya bilməyib.

Bəs, əvəzində İran nə edir? Bu yaxınlarda “kərimə” deyilən qondarma bir dövlətin tərəfdarları ortaya çıxıb, polisə şər atdılar ki, Allahı təhqir ediblər. Daha sonra isə qadınları qabağa verdilər. Bu gün də özünü şiə elan edənlər hər hansı addım atırsa, bu, təbii ki, İrandan qaynaqlanır”.

Razi Nurullayevin fikirlərilə videodan tanış ola bilərsiniz:

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO