Cari ilin yanvar-iyun aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Bizim.Media-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Bizim.Media