İlham Əliyev Ərdoğanla şam yeməyinə qatıldı - FOTO

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı İlham Əliyevi və digər rəsmi şəxsləri qarşılayıb.

Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət edib. Sonra şam yeməyi olub.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq deyib:  

“V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamınız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.

İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.
Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə edib, Oyunlara marağın böyük olduğunu vurğulayıb. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzulayıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO