“Ukraynada Türkiyənin "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı zavodu yaradılarsa, dərhal dağıdılacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya liderinin sözçüsü Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə açıqlamasında səsləndirib.
“Əlbəttə, söhbət yeni yaradılacaq okyektdən gedir. Baş tutarsa, dərhal dağıdılanlar siyahısına düşəcək. Bu, yəqin ki, ukraynalıların əzabını artıracaq və xüsusi təyinatlı hərbi əməliyyatlarına kömək etməyəcək”. Peskov belə bir zavodun tikintisi ilə bağlı bəyanatları şərh edərkən deyib.
Bizim.Media