Ermənistanda hazırkı SİYASİ MƏNZƏRƏ - Paşinyanı hakimiyyətdə saxlayan qüvvə hansıdır?

“Qisas” əməliyyatı Ermənistanda siyasi mənzərəni xeyli aydınlaşdırdı. Artıq erməni cəmiyyəti daha əvvəlki kimi aqressiv və radikal deyil.

Azərbaycan ordusunun uğurlu anti-terror əməliyyatından sonra gözləmək olardı ki, əsgər anaları yenə yolları bağlayacaq, müxalifət xalqı küçələrə tökəcək, iqtidar daxilində qütbləşmələr çoxalacaq və sair. Amma bunların heç biri olmadı.

Əksinə Paşinyan antiterror əməliyyatının sabahısı günü 10 noyabr bəyannaməsinin bəndlərinin yerinə yetirilməsi vacibliyindən danışdı. Radikal müxalifət isə Paşinyana hücum etməkdən daha çox Azərbaycanın növbəti hədəflərini göstərməyə çalışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qisas” əməliyatından sonra ERMƏNİ MƏTBUATI – “Erməni cəmiyyətində bütövlükdə xaos yaşanır”


Ermənistanda nə baş verir?

Görünən odur ki, erməni xalqı artıq yorulub. Siyasi alverdən, siyasi nağıllardan, “Böyük Ermənistan” iddialarından bezən sadə xalq düşdüyü ağır sosial durumdan çıxmaq yolları axtarır. Yəni sadə erməniləri nə Qarabağ, nə də ki, Zəngəzur maraqlandırır. Çünki, onlar bu gün həyatda qalmaq üçün savaşırlar.

Xalqın bu durumu isə göründüyü kimi daha çox Nikol Paşinyanın işinə yarayır. Çünki, ulrtamillətçilərin 30 illik hakimiyyəti sadə ermənilərə ancaq səfalət gətirdi. Paşinyan isə hər nə qədər məğlub ölkənin rəhbəri olsa da sosial siyasəti az-çox sadə erməniləri qane edir.

Üstəlik, Ermənistanda güc strukturları əsasən Paşinyanı müdafiə edir. Yalnız orduda müəyyən tərəddüdlər var. Güc strukturlarının Paşinyanı dəstəkləməsi ona əlavə güc verir. Və bir çox hallarda Paşinyan bu gücdən narazı eloktorata qarşı istifadə edir.
Ona görə də istər “Dəmir yumruq”, istərsə də “Qisas” əməliyyatlarından sonra Ermənistanda Paşinyana “gözün üstə qaşın var” deyən olmadı. Yəni bu gün Paşinyan xalqın etimadını doğrultduğuna görə yox, sadəcə alternativsiz olduğu və xalqın siyasi oyunlardan bezdiyi üçün hakimiyyətdə qalır.

Radikalların isə barıtı qurtarıb

İstər Robert Koçaryan, istər Serj Sarkisyan, istərsə də Artur Vanetsyan bu gün xalqın yox, xarici qüvvələrin sözünü deyir. Ona görə də bu gün erməni müxalifətinin elektoratı yoxdur. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu da hesab edir ki, artıq erməni xalqı yorulub: 

“Paşinyana erməni xalqının loyal münasibəti uzun müddət Ermənistana rəhbərlik etmiş şovinist və ultramillətçi siyasətçilərə bəslənilən nifrətdən qaynaqlanır. Məsələnin birinci tərəfi bundan ibarətdir. Məsələnin ikinci tərəfinə gəldikdə isə unutmayaq ki, Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildə heç də Sarkisyandan fərqli mövqe sərgiləmirdi.

Əksinə Qarabağ kartından istifadə edərək daha da irəli getmək istəyirdi. Təbii ki, Azərbaycan dövləti buna imkan vermədi. Buna görə də Paşinyan məcbur qalıb Azərbaycan qarşısında sülhə meyillilik nümayiş etdirməkdədir”. 
Politoloq onu da əlavə etdi ki, bu gün həm Ermənistan cəmiyyəti, həm də rəsmi İrəvan Azərbaycanla münasibətləri qurmaq məcburiyyətindədir:

“Bu da təbii ki, bizim uğurlu hərbi, siyasi və diplomatik mübarizələrimizin nəticəsidir. Son günlər Ermənistanda baş verən hadisələr erməni xalqının və dövlətinin deyil, Azərbaycan xalqının və dövlətinin iradəsinin nəticəsidir. Ona görə də bu gün erməni cəmiyyəti ilə Paşinyan iqtidarının baxışlarında hardasa paralellik var. Bu da sonda Paşinyana xalqın dəstəyi kimi görünə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Cinayətin TƏFƏRRÜATI

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Cinayətin TƏFƏRRÜATI

“Babək” prospektində QƏZA – Sıxlıq yarandı – FOTO

“Babək” prospektində QƏZA – Sıxlıq yarandı – FOTO

Pezeşkian Nyu-Yorkda Trampla görüşəcəkmi?

Pezeşkian Nyu-Yorkda Trampla görüşəcəkmi?

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var – Paşinyandan AÇIQLAMA - FOTO/VİDEO

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var – Paşinyandan AÇIQLAMA - FOTO/VİDEO

Skuter sürənlərə XƏBƏRDARLIQ – Bu halda həbs oluna BİLƏRSİZ

Skuter sürənlərə XƏBƏRDARLIQ – Bu halda həbs oluna BİLƏRSİZ

Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – 8 yaralı var

Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – 8 yaralı var

DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar - VİDEO

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO

Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”

Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”

Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

Leyla və Arzu Əliyevalar Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində - FOTO

Leyla və Arzu Əliyevalar Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində - FOTO

TRIPP marşrutu Asiyanı Avropa ilə birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq – Azərbaycan Prezidenti

TRIPP marşrutu Asiyanı Avropa ilə birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq – Azərbaycan Prezidenti

İlham Əliyev: “Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir”

İlham Əliyev: “Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir”

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTO

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTO

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

"Real" üçün ŞAD XƏBƏR

"Real" üçün ŞAD XƏBƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

End of content

No more pages to load

RADİO