Avqustun 8-də rus sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağda qanunsuz olaraq xidmət göstərən 2 erməni hərbçi silahla (detonator) davranış qaydalarına əməl edilməməsi nəticəsində yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Xəsarət alan Qurgen Alekseyeviç Danielyan və Artur Yuryeviç Aruşanyanın vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin aydınlaşdırılması üçün araşdırma aparılır.
Bizim.Media