Nuraya Şuşa səfəri baha başa gəldi: “Bu söhbətləri bitirin, alçaqlıq etməyin” - FOTO  

Müğənni Nura Surinin Şuşa səfəri izləyicilərin qəzəbinə tuş gəlib.

Sosial şəbəkə əhli Şuşaya gedə bilmədiklərini əsas gətirərək, sətətçini bu mövzuda ittiham ediblər.

Bizim.Media xəbər verir ki, Nura sosial şəbəkə hesabında post paylaşaraq, onu ittiham edən izləyicilərə cavab verib.

“Mən, Azərbaycanın iki Avroviziya təmsilçisi Səmra və Dilarə Kazımova, gənclərin ən sevdiyi Hiss və jazz ifaçısı Ülviyyə Rəhimova Diaspor gənclərinin üçüncü yay düşərgəsində 120 ölkədən gələn gənc azərbaycanlılar üçün təşkil olunan konsertdə iştirak etdik.
Həsrətində olduğumuz Şuşanı gəzdik, paylaşımlar etdik. Sosial şəbəkələrdə bu çox vacibdir. Çünki ermənilər bizə qarşı təbliğat aparmağa davam edirlər.

Necə ki, 44 günlük müharibə zamanı mən və bir çox sənətçi sosial şəbəkələrdə baş verənlərlə bağlı məlumatlar paylaşırdıq (hər dildə - rus, ingilis, fransız və s.) Eləcə də həmin o 120 ölkədən (əslən bir çoxu qarabağlı) Şuşa düşərgəsinə dəvət alıb gələn gənclər də xaricdə doğruları danışıb göstərirlər.

Hətta Şuşa xanı Pənahəlinin nəticəsi Məhəmmədəli də dəvətlilər arasında idi. O, İspaniyada doğulub, orada yaşayıb. Bu görülən işlər qalıb bir kənara.

Başlayıblar müğənnilər niyə Şuşaya gedir? Biz gedə bilmirik və sair kimi təbliğat aparmağa. Bunu edənlər vətənini, millətini sevməyən, görülən işlərə kölgə salan insanlardır.

Qazilərin adından danışıb insanlara minnət qoyurlar (danışanların, yazanların kimliyi məlum deyil), nifaq salırlar, bizi birlik olmamaq, bir-birimizə dəstək olmamaq üçün parçalayırlar. Sevinməyi bizə çox görürlər. Mənim anam Firəngiz Səttarova Qarabağ uğrunda döyüşdə yaralanıb, 2-ci qrup əlildir.
Atam (atalığım) Xanlar Səttarov Azərbaycanın yaşayan əfsanəsidir. Ailəlikcə Qarabağ hadisələrini təbliğ etmişik, edirik də.

Əlbəttə ki, bu gün gənclərin sevimlisi və böyük kütləyə çıxışı olan gənc ifaçılar, Avroviziyada iştirak edən müğənnilər mütləq təbliğata qoşulmalıdırlar və qoşulublar da. Bitirin bu söhbətləri, alçaqlıq etməyin” – deyə, N.Suri fikirlərini ifadə edib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real” kapitanını itirdi

“Real” kapitanını itirdi

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi - VİDEO

İlham Əliyev III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi

İlham Əliyev III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi

Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda səhnə aldılar - VİDEO

Ulduzlar Zeynəb Xanlarovanın nəvəsinin toyunda səhnə aldılar - VİDEO

Moldovada parlament seçkiləri başa çatdı

Moldovada parlament seçkiləri başa çatdı

Mehriban xanım üşüyən qızın çiyninə ədyal örtdü -FOTO/VİDEO

Mehriban xanım üşüyən qızın çiyninə ədyal örtdü -FOTO/VİDEO

Gəncədən günün FOTOLARI

Gəncədən günün FOTOLARI

Netanyahu: "İsrail İranın zənginləşdirilmiş uranı harada saxladığını bilir"

Netanyahu: "İsrail İranın zənginləşdirilmiş uranı harada saxladığını bilir"

Anasının qatilinin oğluna ərə getdi

Anasının qatilinin oğluna ərə getdi

Türkiyə Suriyada əməliyyat keçirdi: 8 terrorçu məhv edildi

Türkiyə Suriyada əməliyyat keçirdi: 8 terrorçu məhv edildi

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir

“Sabah” - “Sumqayıt” oyununda işıqlar söndü - ANBAAN VİDEO

“Sabah” - “Sumqayıt” oyununda işıqlar söndü - ANBAAN VİDEO

İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO

MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Azərbaycana qarşı daha bir təxribat - Bu foto saxtadır

Azərbaycana qarşı daha bir təxribat - Bu foto saxtadır

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO

III MDB Oyunlarında təhlükəsizlik belə təmin edilir - FOTO

III MDB Oyunlarında təhlükəsizlik belə təmin edilir - FOTO

Zeynəb Xanlarova nəvəsinin toyunda GÖRÜNTÜLƏNDİ - VİDEO

Zeynəb Xanlarova nəvəsinin toyunda GÖRÜNTÜLƏNDİ - VİDEO

Gəncədə dron şousu - VİDEO

Gəncədə dron şousu - VİDEO

Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi - FOTO

Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi - FOTO

Vətən müharibəsinin möhtəşəm simvolu - VİDEO

Vətən müharibəsinin möhtəşəm simvolu - VİDEO

End of content

No more pages to load

RADİO