Mayorkada dincələn 37 yaşlı Kriştiano Ronaldonun 28 yaşlı sevgilisi Corcina Rodriges aprelin sonunda dünyaya gələn qızının fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, o, 5 aylıq qızı Bella Esmeraldanın nadir şəklini yayımlayaraq, xoşbəxt anlar yaşadığını vurğulayıb.
“Mənim böyük, kiçik nemətim” - deyə, Corcina qısa şərhini yazıb.
Qeyd edək ki, Corcinanın doğuşu faciə ilə bitib. Belə ki eyni anda doğulan Esmeraldanın əkiz qardaşı dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media