Rayonlarda UN QITLIĞI yarandı – “Oktyabr ayında daha kəskin özünü göstərəcək” - EKSPERT

Son günlər regionlarda un qıtlığı və çörəyin qiymətinin artımı müşahidə olunur. Bu barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. 

Bu ilin məhsulu üçün ötən il 1 milyon hektara yaxın ərazidə taxıl əkilmişdi. Kənd Təsərrüfatı naziri İnam Kərimov bu günlərdə bildirdi ki, quraqlıq səbəbindən 100 min hektarda taxıl əkinləri zay olub. Bu isə proqnozlaşdırılan məhsulun 10 faiz itirilməsi deməkdir. Bundan əlavə bizim ən böyük partnyorumuz Rusiya bu il taxıl ixracını 50 faiz məhdudlaşdırmaq fikrindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Un və çörəyin qiymətində dəyişiklik olacaq? - VİDEO


Yəni əvvəllər Rusiya 20 milyon ton buğda ixrac edirdisə, indi 10 milyon ton ixrac edəcək. Nəzərə alaq ki, ötən il ölkəmizə idxal olunan ərzaqlıq buğdanın 90 faizindən çoxu Rusiyanın payına düşür. Ona görə də həm daxili, həm də ki, xarici amillər səbəbindən Azərbaycanda ərzaqlıq buğdanın və unun qiymətinin artması reallıqdır. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış ekspert Akif Nəsirli yaxın vaxtlarda qiymət artımının qaçılmaz olduğunu söylədi: 

“Qiymət artımını şərtləndirən bir neçə səbəb var.

Birincisi, Azərbaycanda istehsal olunan taxıl ÜST-nın standartlarına cavab vermir. Ona görə də un istehsalçıları ərzaqlıq buğdanı xaricdən alır. Yəni yerli istehsal nə qədər artsa da bu qiymətlərə elə bir ciddi təsir göstərmir.

İkincisi, xarici bazarda ərzaqlıq buğdanın qiyməti durmadan artır. Bu da bizim idxal edəcəyimiz ərzaqlıq buğdaya öz təsirini göstərəcək. Baxmayaraq ki, hökümət ərzaqlıq buğdanın idxalında ƏDV və digər rüsumları ləğv edib. Amma beynəlxalq amil bu məsələdə həll edicidir”.

Qiymət artımından qaçmaq üçün ekspertin fikrincə yeganə çıxış yolu yerli istehsalın artırılmasıdır: 

“Bu istiqamətdə də ciddi addımlar atılmalıdır. İndi hökumət elan edib ki, taxılın tonu 580 manata, yəni kiloqramını 58 qəpiyə alacaq. Bu gün bazarda buğdanın qiyməti 55-60 qəpikdir. Hökumət 58 qəpiyə aldığı taxıla standartlar, ən azı buğdanın II-III sinif olmasını tələb edəcək. Çünki buğda III sinifdən sonrakı siniflərə aiddirsə, o artıq ərzaq buğdası sayılmır, yem buğdası sayılır.
Sahibkara heç bir standart tələbi olmadan 55-60 qəpiyə bazarda satmaq sərfəlidir, yoxsa 58 qəpiklə standart tələbi ilə hökumətə satmaq səmərəli olar? Yəni hökumətin bu təklifi cəlbedici deyil.

Hökumət əslində bazar qiymətlərindən ən azı 30-40 faiz yüksək qiymət təklif etməli idi ki, sahibkarlar ona satmaqda maraqlı olsunlar. Subsidiyalaşmanın da həcmində də ciddi artım yoxdur. Bu baxımdan belə qanaətə gəlmək olar ki, oktyabr ayından başlayaraq ərzaq bahalaşması və qıtlığı hiss olunacaq. 2023-cü ilin əvvəlində isə qıtlıq özünü kəskin biruzə verəcək”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

Alkoqollu içkinin AZI OLMUR

Alkoqollu içkinin AZI OLMUR

Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın olub - VİDEO

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Vəziyyəti ağırlaşan Kadırov Moskvada xəstəxanaya yerləşdirildi

Mbappenin durumu müəyyənləşdi

Mbappenin durumu müəyyənləşdi

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

End of content

No more pages to load

RADİO