Tanınmış müğənni Safura Əlizadə ailəsi ilə istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi iş adamı olan həyat yoldaşı Fərhad Əliyev, oğlu İsgəndər və qızı Ayşə ilə birlikdə yaxta ilə dəniz gəzintisinə çıxıb.
O, dəbdəbəli tətillərindən çəkdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Görüntülərin birində müğənnin həyat yoldaşını qucaqlayaraq öpməsi də nəzərdən qaçmayıb.
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media