Məşhur bloger Aysel Şükürova Alaçatıda Türkiyəli müğənni İrem Derici ilə həmsöhbət olub.
Bizim.Media xəbər verir ki, istirahət mərkəzlərinin birində konsert verən pop ulduz səhnədə blogerin adı və soyadı yazılan zərfi oxuyub.
Ayselin soyadı ilə bağlı Derici repertuarında yer alan "Kalbimin tek sahibine" nəğməsində "Çok şükür, bin şükür, seni bana verene" sözlərini səsləndirərək, qarşı tərəflə ünsiyyət qurub.
Həmin anları çəkərək sosial şəbəkə hesabında paylaşan A.Şükürova, "Dostlarımın mənə sürprizi" şərhini yazıb.
Qeyd edək ki, aprelin 3-də Bakıda "Location" gecə klubdakı partlayış nəticəsində Aysel Şükürova ciddi xasərətlər almışdır.
Rəşad Əliyev, Bizim.Media