Koronavirus infeksiyasına yoluxan Türkiyənin superstarı Ajda Pekkan səhhəti ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında post paylaşıb. A.Pekkan özünü hazırda daha yaxşı hiss etdiyini yazıb.
“Üç gün öncə soyuqdəymə əlamətləri ilə ağrılarım başladı. Müddəti yüngül simptomlarla keçir. İndi istirahət edirəm.
Mətbuatdan xəbərləri oxuyaraq mesaj yazan, zəng edən, gözəl diləklərini göndərən cavab verə bilmədiyim bütün sevənlərim, dostlarım və həmkarlarıma təşəkkür edirəm.
Peyvəndlər və əziz həkimlərimiz sayəsində sağalıram. Bu gün dünənkindən daha yaxşı olduğumu sizə bildirmək istəyirəm”, - deyə, Ajda Pekkan fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media