Tünzalə Ağayeva: “Hərbi maşın və əli silahlı insan yaxınlaşıb qışqırdı ki, yerə uzanın” - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva “Nərgiz” dərgisinə video musahibə verib.  

Bizim.Media xəbər verir ki, sənətçi 29 il əvvəl tələbəlik illərində Gəncə hadisələri zamanı başına gələn təhlükəli məqamlardan söz açıb.  

“Gözləmədiyimiz və həyatın həmin məqamında yaşadığımız hansısa hadisəni pis və fəlakətli hadisə kimi qəbul edirik. Sonra başa düşürük ki, həyatımızda nə olursa, xeyirliyə doğru olur. Bir hekayə yadıma düşdü. Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin birinci kurs tələbəsi idim, 1993-cü il idi.  

Bütün ölkə 1992-1993-cü illəri keçməkeşli və dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bir dövr kimi xatırlayır. Yaxşı ki, bu tarixi yaşamışıq. Gəncədə çox qorxulu hadisələr baş verirdi. Demək olar ki, vətəndaş müharibəsi vəziyyəti idi.  
Müəlliməm Kəmalə xanım tapşırdı ki, evə get, rəfiqələrinlə heç yerə çıxma. Ona söz verdim, amma sözünə baxmadım. Rəfiqələrim vardı. Dərslər bitdi və Gəncədə şəhərə çıxdıq. Sabir küçəsində gördük ki, bizdən başqa heç kim yoxdu. Bir hərbi maşın yaxınlaşdı. Sonra əli silahlı şəxs bizə yaxınlaşdı və qışqırdı ki, yerə uzanın. Həyəcan, qorxu içində yerə yıxıldıq. Bir anlıq müəlliməmin sözünü xatırladım.  

Hərbi maşındakı şəxs bizə yaxınlaşdı və yerdən qaldırdı. Dedi ki, siz bu küçədə nə gəzirsiniz, görmürsünüz vəziyyət nəcədir?

Üç qız danışa bilmirdik, şokdaydıq. O yadımdadır ki, bizi kafeyə (xəngəlxana) apardılar, orada vəziyyət sakitləşənə qədər gözlədik. Tapşırdılar ki, heç kim bayıra çıxmasın.  

Yanımdakı qızlar daha pis vəziyyətdə idilər. Özümü toplamağa çalışırdım. İçəridə çox insan var idi. Ana var idi, uşağı bağçada qalmışdı. O anlarda yanımdakıları sakitləşdirməyə çalışırdım. Tovuza xəbər çatır ki, Gəncədə vəziyyət qarışıqdır. Valideynlərim Gəncədə yaşadığım evə zəng edirlər. Evdə olmadığımı bilirlər, narahatlıq keçirirlər. Bir neçə saat mənim axtarışımda olublar.

Bir az vəziyyət dəyişəndən sonra insanlar evlərinə dönə bildi. Evə girəndə yaşadığım evin sahibi danlaq səslə “Sən hardasan, hamı neçə saatdır səni axtarır” dedi. Mən şok vəziyyətindəydim.  
Ertəsi gün Tovuza qayıtdım. Atam dedi ki, artıq səni Gəncəyə göndərməyə qorxuram, qiyabi təhsilə keçəcəksən. Mən çox ağladım, yalvararaq qiyabi təhsil istəmədiyimi söylədim. Atam isə dedi:  

“Qiyabi təhsil alacaqsan, əyani təhsil bitdi. Sən sözə baxmadın, bizi təhlükə qarşısında qoydun. Başına pis hadisə gələ bilərdi. Gülləyə rast gələ, ölə bilərdin”.  

Sənətçi sonra bunları qeyd edib:  

“Bir müddətdən sonra qiyabi oxumağa başladım. Bundan nə əldə etdim? Müəllimə kimi fəaliyyətə başladım. Çox gözəl şagirdlərim var idi. Müəllimlik fəaliyyəti mənə çox şey öyrətdi. Tovuzda 8 il fortepianodan dərs dedim. Bu gün konsertlərimdə, səhnədə çox parlaq insanlar yaxınlaşır ki, sizin şagirdiniz olmuşuq.  

Şaqirdlərimi görəndə fəxr edirəm. O vaxtsa ağlamışdım, bu qərar ilə barışa bilmirdim. Amma söhbətimizin əvvəlində dediyim kimi, həyatımızda nə olursa, xeyirliyə olur... Həyatımız daha pozitiv keçir. Həyatımızda nə yaşayırıqsa, bizi bir şeylərə öyrədir”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

End of content

No more pages to load

RADİO