Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində yerləşən Əskipara kəndində Rusiya ordusunun artıq ikinci blokpostu tikilir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, kənd icmasının rəsmiləri tərəfindən Rusiya blokpostunun tikintisi ilə bağlı məlumat təsdiqlənib.
Qeyd edək ki, ötən ay Ermənistanın Tovuz rayonu ilə sərhəddə yaxın ərazilərində Rusiya bazasının tikiliməsilə bağlı xəbərlər yayılıb. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edir.
Bizim.Media