Ceyhun Bayramov Türkmənistanın yeni səfiri ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edib.

Bizim.Media XİN-nə istinadən xəbər verir ki, səfir Elyasov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib. O, Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb.

Səfir Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.
Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib və səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Görüşdə dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

Ceyhun Bayramov səfir Elyasova Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO