Ermənistanda hərbi təlimlərdə iştirak edən ehtiyatda olan hərbçi qəflətən dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, avqustun 4-nə keçən gecə üç aylıq təlim-məşq toplanışının iştirakçısı 1978-ci il təvəllüdlü sıravi Atom Razmikoviç Arutyunyan yatarkən ölüb.
Hazırda onun ölüm səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Bizim.Media