“Eşqin ən dəlisini yaşamışam, bəlkə bu gün də yaşayıram, amma hər şey məntiqlə olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbər-ətər” səhər şousunda deyib.
Sevgidən söz açan sənətçi, xoşbəxt qadın olduğunu bildirib.
“Eşqi məntiqlə yaşamaq lazımdır. Eşq içmək istədiyimiz badədir. Hər zaman şanslı və sevilən qadın olmuşam. Buna görə isə çox sevinirəm və Allaha hər gün təşəkkür edirəm”.
Qeyd edək ki, Ayan Babakişiyevanın səkkiz yaşlı Selena adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media