Azərenerji" ASC müxtəlif növ elektrik mallarının alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Electro Service" QSC seçilib.
"Azərenerji" qalib şirkətlə 2,3 milyon manat həcmində müqavilə imzalayıb.
Şirkət müqavilə üzrə 1 il ərzində "Azərenerji"yə xidmət göstərəcək.
Bizim.Media