Şura AzTV-nin efirindəki süjetə aydınlıq gətirdi

Audiovizual Şura məlumat yayıb.

Şuradan Bizim.Media-ya daxil olan məlumatda bildirilib ki, avqustun 1-də ümumölkə yerüstü televiziya yayımçısı olan “AZTV” kanalının efirində saat 20.00-dan yayımlanan “AZTV Xəbər” proqramında Bakının və ümumiyyətlə Azərbaycanın son zamanlar çox müraciət olunan turizm istiqamətlərindən biri olduğunu göstərən süjet nümayiş olunmuş və turist kimi ölkəmizə səfər edən bir sıra əcnəbilərdən müsahibə alınıb.

Qeyd olunub ki, reportajın efirdə olduğu müddətdə aşağı titrlərdə “qonaqlı-qaralı Bakı” sərlövhəsi qeyd olunub.

Həmçinin bildirilib ki, bəzi onlayn media resurslarında və sosial şəbəkə səhifələrində həmin sərlövhənin bütün reportaj boyu efirdə olmasına baxmayaraq, yalnız qaradərili əcnəbi bir turistdən müsahibə alınarkən olan “skrin fotosu” yayılaraq bunun irqi ayrıseçkilik kimi qiymətləndirilməsinə cəhdlər göstərilir.
"Audiovizual Şura bildirir ki, reportajın məzmununda və qeyd edilən titrlərdə heç bir ayrıseçkiliyə eyham belə sezilə bilməz. Hamımızın bildiyi və söz ehtiyatı ilə zəngin olan doğma dilimizdə tez-tez işlədilən “qonaq-qaralı” ifadəsində olan qara hissəsi heç bir halda rəng mənasında, həmin ifadənin süjet boyu efirdə nümayiş olunması da heç cür hər hansı irqi, etnik, dini və ya digər ayrıseçkiliyin nəinki təbliği, hətta nümayişi kimi də qəbul oluna bilməz.

Qeyd olunmalıdır ki, Azərbaycan dilinin etimologiya lüğətində “mal-qara”, “qonaq-qara” tipli sözlərdə qara hissəsi cəmlik bildirir, yəni, qonaq-qara “qonaqlar” deməkdir.

Bunları nəzərə alaraq, onlayn media redaksiyalarını, həmçinin, sosial şəbəkə istifadəçilərini belə xəbərləri, statusları və ya fikirləri paylaşanda daha məsuliyyətli olmağa və ictimaiyyəti yanlış yönləndirməyə cəhd etməməyə çağırırıq", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO