“Fəryad 2” filminin prodakşn mərhələsi bitib.
Bizim.Media xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov açıqlama verib.
Nazir bildirib ki, hazırda film festivallara göndərilmə mərhələsindədir.
“Kino qaydalarına görə, biz yeni hazırlanan filmi festivallara göndəririk. Orada müəyyən rəylər toplandıqdan sonra ictimaiyyətə təqdim edəcəyik. Bu barədə bir az səbrli olmağa çağırıram”,- deyə nazir vurğulayıb.
Bizim.Media