Ermənistanın paytaxtı İrəvanda metrosunun minalanması ilə bağlı xəbər yayılıb.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, yerli vaxtla saat 18:59-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə stansiyalara partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub.
Mülki Müdafiə Qoşunlarının kinoloq qrupları və mühəndis dəstəsi stansiyalarda axtarış aparır.
Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb. Həmçinin, paytaxtın bir sıra küçələrində hərəkət məhdudlaşdırılıb.
Bizim.Media