Nağd hesablaşma üzrə ƏDV ödənişlərinin azaldılması – “Qəbz tələb etməyə marağı öldürəcək” – İQTİSADÇI  

“Bu təşəbbüs prosesdə müəyyən neqativ izlər buraxacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Vergi Məcəlləsinə nağdsız ödəniş zamanı geri qaytarılan ədv faizinin artırılması, nağd ödənişdə isə bu faizin azaldılmasını nəzərdə tutan dəyişiklik paketinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

YENİLİK: 100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV - VİDEO


Ekspert düşünür ki, nağd ödənişlər üzrə ƏDV ödənişlərinin 10 faizdən 5 faizə endirilməsi insanların prosesə marağını zəiflədəcək:

“Nəticədə insanlar nağd alış-veriş zamanı qəbizləri elə də həvəslə tələb etməyəcəklər. ƏDV geri al addımının fəlsəfəsində isə məhz qəbizlərin tələb olunması dayanırdı ki, bu dolayısı ilə iqtisadiyyatı leqallaşdırsın. Amma təklif olunan dəyişiklik əks effekt verəcək, insanların prosesə marağına neqativ təsir edərək, onu aşağı salacaq. Bu da əslində nağd dövriyyənin risqlərini daha da artıracaq”. 

Ekspert dəyişikliyin hər iki istiqamətdə ödənişlər üzrə verilən faizlərin artırılması istiqamətində aparılmasını daha məqbul hesab edir:

“Nağd ödəniş zamanı ƏDV faizinin azaldılması deyil, 10-faizdən 15 faizə qədər artırılması daha yaxşı olardı. Nağdsız ödənişlərdə isə bu rəqəm 15-dən 30 faizə qaldırılsın. Bu gizli iqtisadiyyatla mübarizədə və insanların kütləvi şəkildə prosesdə iştirakının təmini üçün daha effektivdir. Nəticədə iqtisadiyyatın leqallaşma prosesi daha böyük sürət ala bilər”. 

R.Həsənov bildirir ki sözügedən təklif yalnız nağdsız ödənişlərin stimullaşdırılması baxımından əhəmiyyət kəsb edəcək: 

“Hökumətin nağdsız ödənişlərə daha çox əhəmiyyət verməsi bu istiqamətdə təşəbbüsləri daha da dərinləşdirəcək. Belədə müəyyən mənada onun da faydası olacaq. İnsanları əvvəlki dövrə nisbətən daha artıq dərəcədə nağdsız ödənişlərə təşviq edəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda avtomobillərin sayı REKORD HƏDDƏ – “Maşın bumu”nun sosial və ekoloji FƏSADLARI

Bakıda avtomobillərin sayı REKORD HƏDDƏ – “Maşın bumu”nun sosial və ekoloji FƏSADLARI

"İphone17"ni gömrükdən gizlətmək üçün təyyarədə sərnişinlərə paylayan Azərbaycan vətəndaşı SAXLANILDI

"İphone17"ni gömrükdən gizlətmək üçün təyyarədə sərnişinlərə paylayan Azərbaycan vətəndaşı SAXLANILDI

“Port Baku”nun yaxınlığında metro stansiyası İNŞA EDİLƏCƏK

“Port Baku”nun yaxınlığında metro stansiyası İNŞA EDİLƏCƏK

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Şəkidə piyadanı vuran sürücü hadisə yerindən yayındı

Şəkidə piyadanı vuran sürücü hadisə yerindən yayındı

ABŞ yenidən Əfqanıstana qayıdır – Hədəfdə bu ölkənin nüvə obyektləri VAR – DETALLAR

ABŞ yenidən Əfqanıstana qayıdır – Hədəfdə bu ölkənin nüvə obyektləri VAR – DETALLAR

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:00-dan...

Dünyanın ən hündür körpüsü bu ölkədə inşa edilir - FOTO

Dünyanın ən hündür körpüsü bu ölkədə inşa edilir - FOTO

Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu – Əhalinin nəzərinə

Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu – Əhalinin nəzərinə

Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Ərdoğanın Makronla zarafatı gündəm oldu – VİDEO

Ərdoğanın Makronla zarafatı gündəm oldu – VİDEO

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Neftimizin qiyməti 72 dolları ötdü

Neftimizin qiyməti 72 dolları ötdü

Ucarda oğul anasını döydü

Ucarda oğul anasını döydü

Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürdü

Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürdü

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək

Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO

Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO

DYP-dən səs siqnalları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən səs siqnalları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Ərdoğan bu gün Ağ Evdə Trampla görüşəcək

Ərdoğan bu gün Ağ Evdə Trampla görüşəcək

End of content

No more pages to load

RADİO