Hamiləliyinin səkkizinci ayını yaşayan məşhur prodüser Təranə Səmədova yeni fotosessiyasını təqdim edib.
Bizim.Media xəbər verir ki, ana olmağa hazırlaşan prodüser qızı Suellə birlikdə obyektiv qarşısına keçib.
Fotolarını sosial şəbəkə hesabında paylaşan Təranə "Arxada qoyduğumuz uzun bir acılı yoldan sonra ana-bala pozitiv şəkillərlə özümüzü sevindirdik. Bu əhvalımızı sizinlə də bölüşmək istədik" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media