İki iranlı sərhədçi şənbə günü Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.
Bizim.Media Mehr-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Salmas rayonu qərbdə İraq Kürdüstanı, şimal-qərbdə isə Türkiyə ilə həmsərhəddir.
Xatırladaq ki, sərhədçilərin hansı şəraitdə öldüyü ilə bağlı məlumat verilmir.
Bizim.Media