Müğənni Xatirə İslam bağ evini satır.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi 2,4 milyon izləyicisi olan sosial şəbəkə hesabında məlumat yayıb.
Xatirə, bağ-bağçalı, böyük hovuzlu, üç mərtəbəli villasının görüntülərini paylaşaraq “Bağı satmağa qərar verdik. Allah alana xeyir versin” sözlərini yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Mələykə Əsədova da üç milyona dörd mərtəbəli villasını satışa çıxarsa da, qiymətin baha olduğundan uzun müddət alıcısız qalıb.
Rəşad Əliyev, Bizim.Media