Polşa Ukrayna Silahlı Qüvvələri üçün Bayraktar TB2 PUA-nın alınması üçün vəsait toplayıb. Lakin dron istehsalçısı Baykar onu Ukraynaya bağışlamağa qərar verib.
Bizim.Media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə toplantının təşəbbüskarı, polşalı jurnalist Slavomir Serakovski məlumat verib.
"Türkiyə “Bayraktar” PUA-sını pulsuz olaraq Ukraynaya təhvil verəcək. Polyakların topladığı 22,5 milyon zlotı Ukraynaya humanitar yardıma gedəcək” – deyə Serakovski qeyd edib.
Bizim.Media