“Ukrayna ordusu Xerson vilayətinin Rusiya qoşunlarından azad olunması əməliyyatına başlayıb”.
Bizim.Media “Strana”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç “Feygin live”in efirində danışıb.
“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Dnepr çayının qərb sahilində silah-sursat anbarından, eləcə də əlaqədən məhrum etmək niyyətindədir Rusiyalı hərbçilərin üç seçimi var: mümkün olduğu təqdirdə geri çəkilmək, təslim olmaq və yaxud məhv edilmək” – deyə Arestoviç qeyd edib.
Bizim.Media