Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı yüksəldi – RƏSMİ

"Azərbaycanda 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib".

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun "Prezident İlham Əliyev – zamanı qabaqlayan lider" sərlövhəli analitik məqaləsində yer alıb.

N.Əmirov qeyd edib ki, bu ilin ilk altı ayında hər nəfərə düşən ÜDM 5,9 faiz artdığı halda, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,4 faiz artıb.

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq" - Prezidentin köməkçisi


O bildirib ki, hətta inflyasiyanı da nəzərə alanda aydın görmək olur ki, əhalinin real gəlirləri iqtisadi artım tempini üstələyir:

"Deməli, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır.

Bunun nəticəsidir ki, 2018-2022-ci illərdə əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib.

Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də odur ki, median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır: 2018-2022-ci illərdə orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 86 faiz, minimum əməkhaqqı isə 2,3 dəfə artıb.

Buradan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqqıları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması, digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir".

N.Əmirov qeyd edib ki, təkcə əməkhaqqı deyil, həm də sosial ödənişlərdə artım əhalinin daha çox qayğıya ehtiyacı olan kəsiminə hədəflənib:

Belə ki, son dörd ildə minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz, sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb. Sosial siyasətdə diqqət yetiriləsi daha bir məqam şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsidir.
Bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillə təminatı, məşğulluq, sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb edilməsi istiqamətində böyük işlər görülmüşdür".

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, aşağı neft qiymətləri və ticarət tərəfdaşlarımızda resessiya səbəbindən 2015-ci ildə baş vermiş böhrandan çıxdıqdan sonra və 2018-ci ildə iqtisadi artım bərpa edildikdən bəri üç sosial islahat paketi dörd milyon vətəndaşımızı əhatə edib. Onlar üçün illik 6 milyard manat əlavə dövlət vəsaiti ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Prezident: “Ərazi bütövlüyümüzün bərpası məsələsi öz həllini tapıb”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Dövlət başçısı: “Bütün dünya bizim Zəfərimizi qəbul edir və haqlı olduğumuzu əyani şəkildə görür”

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

Arzu Əliyevadan bayram TƏBRİKİ – FOTO

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

İlham Əliyev: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

Prezident: “Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Leyla Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olub - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Küçədə qarşısına çıxan kuryerə hədiyyə verdi - VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

Xankəndidə "Qış nağılı" YARMARKASI - FOTO/VİDEO

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

"Çelsi" bərabərə qaldı, baş məşqçi mətbuat konfransına QOŞULMADI

Alkoqollu içkinin AZI OLMUR

Alkoqollu içkinin AZI OLMUR

Sumqayıtda yanğın olub - VİDEO

Sumqayıtda yanğın olub - VİDEO

End of content

No more pages to load

RADİO