Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın “Kiyev Rus dövləti”nin yeganə və qanuni varisi olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
“Biz müstəmləkə, muxtariyyət, vilayət deyilik, bölünməz və müstəqil ölkəyik, onun ən azı min yarım il yaşı var. Kiy, Şek, Xoriv və Libed Ukraynanın paytaxtını qurub.
Ukrayna hökmdarlarımız Askold və Dirin, peyğəmbər Oleqin, Şahzadə İqorun, Şahzadə Olqanın, Böyük Vladimirin, Müdrik Yaroslavın, Vladimir Monomaxın nailiyyətləri sayəsində yaranıb”, deyə o vurğulayıb.
Bu gün Ukrayna ilk dəfə olaraq Dövlətçilik Gününü qeyd edir.
Xatırladaq ki, Kiyev Rus dövləti (Kiyev knyazlığı və ya Qədim Rus) qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulan dövlətdir.
Bizim.Media