Keçmiş müdafiə nazirinin müavini Paşinyana səsləndi: “Xalq sizə mandat verməyib ki...”

“İki əsaslandırmaları var, hər ikisi də ağ yalandlr”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş müavini, Respublika partiyasının İcraiyyə Komitəsinin üzvü Artak Zakaryan öz Facebook səhifəsində yazıb.

“Təslim olanlar axmaq tutuquşular kimi davamlı olaraq “Türkiyə ilə münasibətlərdə heç bir ilkin şərt yoxdur” sözlərini təkrarlayırlar. 

Türkiyə-Azərbaycan maraqları mövqeyindən çıxış etdikləri üçün bu cür cəfəngiyyatları deməyə haqları var. Türkiyə rəsmiləri daim deyirlər ki, Ermənistan Azərbaycanla problemləri həll etməyincə, Ermənistan-Türkiyə münasibətlərində heç bir irəliləyiş olmayacaq. Yəni azərbaycanlılar Ermənistandan istədiklərini almayana qədər məsələ həll olunmayacaq.

İndi türklərin dedikləri ilkin şərt deyilsə, bəs nədir? Yoxsa bu, erməni soyadlı Nikol (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur) türklərinin arzusudur?

Təslim olanların növbəti yanlış əsaslandırılması ondan ibarətdir ki, guya xalq onlara azərbaycanlılar və türklərlə münasibətləri tənzimləmək üçün mandat verib. Yalan danışırsınız, sizin mandatınızın belə səlahiyyətləri yoxdur.
Çəkici əsdirən şəxsdən (Nikol Paşinyan 2021-ci ilin iyun ayında seçki zamanı  çəkiclə Zəngəzurda ictimaiyyət qarşısına çıxmışdı) soruşun. O, (Paşinyan) seçki kampaniyası zamanı Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ikinci kapitulyasiyaya və alçalmağa hazırlaşdığını deyibmi?

Xalq sizə mandat verməyib ki, dövlətçiliyi alçaldasınız və onu itirəsiniz.

Xainlərin müqəddəs heç nəyi yoxdur. Bu, bir faktdır. Amma ölkəmizdə milyonlarla normal, şüurlu insan var. Xalqın adından növbəti iyrənc xəyanətinizi törətməyə və ört-basdır etməyə cəsarət etməyin. Necə ki, siz ordunun zabitləri və döyüşən uşaqların hesabına yaramaz xəyanətlə “Arsax”ı (Qarabağda qondarma rejim) təslim etdiniz (Azərbaycanın şanlı ordusu o torpaqları qanı və canı hesabına döyüşərək geri alıb) və indi özünüzü təmizə çıxarırsınız”, deyə o, qeyd edib.

Xatırladaq ki, Paşinyan ötən il seçki kampaniyasına çəkic gətirməyini belə izah etmişdi:

“Məxməri” inqilabın vaxtı keçib, indi “polad” inqilabı etməyin zamanıdır”.  Həmin vaxt o, səhnəyə çıxaraq özü ilə erməni bayrağının rənglərinə bükülmüş çəkici yelləyib və ona qarşı çıxan bələdiyyə başçılarını nəzərdə tutaraq “bələdiyyələrdə gizlənən paslı mismarları çıxarmaqla” hədələyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada "Niva" teplovozla toqquşdu: xəsarət alan var - FOTOLENT

Zaqatalada "Niva" teplovozla toqquşdu: xəsarət alan var - FOTOLENT

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti UZADILDI

Ulduz falı: 1 sentyabr, 2026-cı il

Ulduz falı: 1 sentyabr, 2026-cı il

İsveçdə demoqrafik böhran: Əhalinin sayı kəskin azala bilər

İsveçdə demoqrafik böhran: Əhalinin sayı kəskin azala bilər

Prezident Paşinyanla görüşün keçirildiyi məkana belə gəldi – VİDEO

Prezident Paşinyanla görüşün keçirildiyi məkana belə gəldi – VİDEO

İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs TUTULDU - FOTO

İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs TUTULDU - FOTO

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşündən FOTOLAR

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşündən FOTOLAR

Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

Əli Əsədov Oljas Bektenovu TƏBRİK ETDİ

100 yaşına çatanların övladları daha UZUN YAŞAYIR - Səbəbi ŞOK ETDİ

100 yaşına çatanların övladları daha UZUN YAŞAYIR - Səbəbi ŞOK ETDİ

Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto

Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO/VİDEO

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO/VİDEO

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

Bu kənddə hamı xalatla gəzir

Bu kənddə hamı xalatla gəzir

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Bakıda yayın son konserti keçirildi- Fotolar

Bakıda yayın son konserti keçirildi- Fotolar

"Qarabağ" Dani Boltla yolları AYIRDI

"Qarabağ" Dani Boltla yolları AYIRDI

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

End of content

No more pages to load

RADİO