On bir dövlət orqanında mövcud olan 44 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 59 namizədlə 60 müsahibənin keçirilməsi planlaşdırılır. İyunun 30-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Ən yüksək müsabiqə müraciəti vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, Hüquq, kadr və icraya nəzarət şöbəsi, Hüquqi təminat sektoru -böyük məsləhətçi (1 vakant yer üzrə 7 namizəd), Maliyyə Nazirliyi, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsi, Xərclərin proqnozlaşdırılması sektoru - sektor müdiri (1 vakant yer üzrə 6 namizəd) üzrə yaranıb.
Müsahibələrin avqustun 1-dən 25-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Bizim.Media