Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkədə əri ilə istirahətindən yeni fotolar yayımlayıb.
Bizim.Media xatırladır ki, Anna Akopyan və Nikol Paşinyan bir neçə gün öncə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində, İcevan şəhərinin yaxınlığında Okon şəlaləsini ziyarət ediblər.
Bu gün yayılan fotoda Anna Akopyanın “Makron” yazısı olan jaketi diqqətdən yayınmayıb. Bunun hansı məqsədlə edildiyi açıqlanmır.
Qeyd edək ki, Paşinyan iyulun 25-də məzuniyyətə çıxıb.
Bizim.Media