Türkiyənin Kütahya vilayətində meşə yanğınları başlayıb.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, hadisə Emet rayonunda qeydə alınıb.
Bildirilib ki, rayonun Küreci və Samrık kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib. Yanğın 3 tərəfdən nəzarət altına alınıb.
Həmçinin Manisa vilayətinin Akhisar rayonunda otluq ərazisində başlayan yanğın küləyin təsiri ilə meşəlik əraziyə keçib. Yanğının söndürülməsi davam edir.
Bununla yanaşı Antalyanın Aksu rayonunda da meşədə yanğın baş olub.
Xəbərdarlıq üzərinə Antalya Meşə Region Müdirliyi və Antalya Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları yanğın bölgəsinə cəlb edilib.
Açıqlamada naməlum səbəbdən baş verən yanğının nəzarət altına alındığı bildirilib. Təxminən 1 hektar meşə sahəsinə ziyan dəyib.
Bizim.Media