Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri cənab İmran Xan ilə görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata görə, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan və Azərbaycan XİN rəhbərləri bir arada - Nələr müzakirə edildi? 

''Azərbaycan Kəşmir məsələsində Pakistanın yanındadır - Ceyhun Bayramov 


Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırdı.

O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə etdi. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi.

Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğuladı.

Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verdi.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Daha 34 aptekdə nöqsanlar aşkarlandı

Daha 34 aptekdə nöqsanlar aşkarlandı

“Space”in bağlandığı iddia edilən verilişi yenidən yayımda – VİDEO

“Space”in bağlandığı iddia edilən verilişi yenidən yayımda – VİDEO

İldırımın vurub öldürdüyü gəncin FOTOSU

İldırımın vurub öldürdüyü gəncin FOTOSU

Gəncədə arvadını bıçaqlayan şəxs SAXLANILDI

Gəncədə arvadını bıçaqlayan şəxs SAXLANILDI

Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI

Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI

Ucuz maşın axtaranların nəzərinə! - 2 min manata “014”, 9 min manata “Pajero”...

Ucuz maşın axtaranların nəzərinə! - 2 min manata “014”, 9 min manata “Pajero”...

Səhnəyə çıxmasa belə ayda 200 min QAZANIR

Səhnəyə çıxmasa belə ayda 200 min QAZANIR

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Subbakalavrların qeydiyyatı başladı

Subbakalavrların qeydiyyatı başladı

Ağgöldə lalə dənizi... – FOTO/VİDEO

Ağgöldə lalə dənizi... – FOTO/VİDEO

AVROPANIN LƏKƏLİ ÜZÜ...

AVROPANIN LƏKƏLİ ÜZÜ...

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO