Ermənistanda iyun ayında ərzaq məhsulları 17,4% balaşıb. Bu, ötən illər ərzində ən yüksək göstəricisi hesab olunur.
Bizim.Media "News.am" saytına istinadən xəbər verir ki, un və dənli bitkilər 20,5 faiz, pendir və kəsmik 24,8 faiz, makaron məmulatları 30 faizə yaxın bahalaşıb.
İl ərzində tərəvəzin qiyməti təxminən 50% artıb. Hesabat dövründə meyvənin qiyməti 16%-dən çox bahalaşıb.
Qeyd edək ki, ekspertlər yaxın günlərdə ət və ət məhsullarının da bahalaşacağını proqnozlaşdırırlar.
Bizim.Media