Azərbaycan və İran hərbi əməkdaşlığı müzakirə edildi

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Daha 34 aptekdə nöqsanlar aşkarlandı

Daha 34 aptekdə nöqsanlar aşkarlandı

“Space”in bağlandığı iddia edilən verilişi yenidən yayımda – VİDEO

“Space”in bağlandığı iddia edilən verilişi yenidən yayımda – VİDEO

İldırımın vurub öldürdüyü gəncin FOTOSU

İldırımın vurub öldürdüyü gəncin FOTOSU

Gəncədə arvadını bıçaqlayan şəxs SAXLANILDI

Gəncədə arvadını bıçaqlayan şəxs SAXLANILDI

Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI

Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI

Ucuz maşın axtaranların nəzərinə! - 2 min manata “014”, 9 min manata “Pajero”...

Ucuz maşın axtaranların nəzərinə! - 2 min manata “014”, 9 min manata “Pajero”...

Səhnəyə çıxmasa belə ayda 200 min QAZANIR

Səhnəyə çıxmasa belə ayda 200 min QAZANIR

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Subbakalavrların qeydiyyatı başladı

Subbakalavrların qeydiyyatı başladı

Ağgöldə lalə dənizi... – FOTO/VİDEO

Ağgöldə lalə dənizi... – FOTO/VİDEO

AVROPANIN LƏKƏLİ ÜZÜ...

AVROPANIN LƏKƏLİ ÜZÜ...

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO