Bolqarıstanın Baş naziri Kirill Petkov Bakıya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir "Twitter" hesabında məlumat verib.
“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm”, - Petkov vurğulayıb.
O, səfər çərçivəsində Prezident İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsini müzakirə edəcəyini bildirib.
Bizim.Media