Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası avqust ayında Moskva şəhərində keçiriləcək.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.
Mənbə qeyd edir ki, görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur.
Bizim.Media