Rusiya Federal Milli Qvardiya Qoşunlarına məxsus “Mi-8” helikopteri sərt eniş edib.
Bizim.Media xəbər verir ki, hadisə Qatçina yaxınlığında baş verib.
İdarənin mətbuat xidmətindən bildirilib ki, ekipaj təlim uçuşu həyata keçirib. İlkin məlumatlara görə, təyyarədə olan 3 nəfərdən heç biri xəsarət almayıb, dağıntı yoxdur.
Bizim.Media