TEHRAN 2022: Daha bir müharibənin taleyi İranda həll ediləcək?

Bu gün Teranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü başlayır. Görüş bir çox məqamları ilə həm region, həm də beynəlxalq baxımdan böyük maraq kəsb edir. 

3+3 platforması tarixi zərurətə çevrilir

Yada salaq ki, 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyə prezidentləri regionda yeni 3+3 platforması fikrini irəli sürdü. Lakin, o zaman regiondakı bəzi dövlətlər ideya ilə razılaşsalar da dövlətlərin sayı ilə razılaşmadılar. Məsələn, İran o zaman bəyan etmişdi ki, bu platforma 2+2 formatında daha yaxşı olar.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan və Putin Tehrana gedir: Yaxın Şərqdə yeni ittifaq mümkündürmü? – TƏHLİL


Rəsmi Tehran məlum səbəblərə görə Türkiyə və Gürcüstanı bu platformada görmək istəmirdi. Rəsmi Tiflis isə bu platformada Rusiyanı görmək istəmirdi. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, İlham Əliyevlə Rəcəb Tayyub Ərdoğan çox uzaqgörən və bütün region dövlətlər üçün unikal bir ideya irəli sürüb.

Çünki, bütün hallarda qonşu dövlətlər arasında nə qədər narazılıqlar olsa belə, üst-üstə düşən maraqlar da var. Məhz bu maraqları birləşdirərək dünyanı bürüyən iqtisadi böhrandan daha az itki ilə çıxmaq olar. 

Bu gün və sabah Tehranda baş tutacaq görüşlər də əslində 3+3 platformasının nə dərəcədə vacib olduğunun sübutudur. 3 ölkə prezidentinin görüşlərinin məqəsəd və nəticələrindən asılı olmayaraq bu görüş əslində bu ideyanın həyata keçirilməsində mühüm addım ola bilər.

Tehran görüşü üçün əsas müzakirə mövzusu nə ola bilər? 

Ekspertlərin rəyinə görə əsas məsələ Suriyanın gələcək taleyidir. Məlum olduğu kimi həm İran, həm də Rusiya Bəşər Əsəd rejiminin ən qatı müdafiəçiləridir. Amma Ərdoğan bu məsələdə əks qütbdə dayanıb. Ona görə də Purinlə, Rəisi bu görüşdə çalışacaq ki, Ərdoğanla Əsəd arasındakı buzu əritsinlər. Əgər buna nail olunsa onda Qərbin Suriyadakı mövqeləri çox böyük həcmdə zəifləyəcək. Əslinə baxsan indiki vəziyyətdə Türkiyə üçün də Suriya ilə münasibətlərin normallaşması cəlbedici görünür. Bunun da iki səbəbi var:

Birincisi, radikal islamçılarla yanaşı PKK və YPG qüvvələri Suriyanın şimal-qərbinə toplaşıb. Və Türkiyə üçün ciddi narahatlıq yaradır. 

İkincisi, rəsmi Ankara rəsmi Dəməşqlə münasibətləri normallaşdırsa Qərbin Suriyadakı mövqeləri zəifləyər, Türkiyə üzərində yeni nəqliyyat dəhlizləri fəaliyyətə başlayar. Bütün bunlarsa həm Türkiyənin dünyada artan nüfuzuna yeni rəng qatar, həm də müəyyən iqtisadi dividentlər əldə edilə bilər. Üstəlik, Türkiyə separatçı qüvvələrin bir qismindən qurtulmuş olar.

Eyni zamanda Ərdoğanla Putinin müzakirə edəcəyi məsələlərdən biri də Ukrayna müharibəsinin olacağı ehtimal olunur. Amma bu məsələ aktiv danışılar fazasına daxil deyil. 
Tehran görüşünda daha hansı məsələlər prioritetdir?

Bununla bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, “Rusiya ilə İranın münasibətləri yaxşıdır. Bir çox məsələdə maraqları üst-üstə düşür. Rusiya-Türkiyə münasibətləri normal partnyorluq münasibətləri istiqamətində inkişaf edir.

Türkiyə ilə İran arasında münasibətlər o qədər yaxşı olmasa da tarixi baxımdan bir-birinə yaxındırlar.

Baxmayaraq hər 3 ölkənin rəsmiləri əsas müzakirə mövzusunun ekoloji vəziyyət olacağını söyləyiblər. Amma mən düşünürəm ki, əsas müzakirə mövzusu regional təhlükəsizlik məsələsidir. Və bu məsələdə hər 3 dövlət birgə platformadan çıxış etmək üçün fikir mübadilələri aparacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Dindarların yaratdığı ən bahalı içki – Xərçəng xəstəliyinin qarşısını alır

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Sərxoş vəziyyətdə evin pəncərəsini sındırdı, həyatını itirdi – TƏFƏRRÜAT

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Hikmət Hacıyev Macarıstanda mühüm görüş keçirdi – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

GÜNÜN HAVASI: Güclü yağış, subasma...

Rəşad Baxşəliyev vəfat etdi

Rəşad Baxşəliyev vəfat etdi

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Rahat pul qazanmaq istəyən bürclər - İşləməyi sevmirlər

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

End of content

No more pages to load

RADİO