Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez sevgilisi Hollivud ulduzu Ben Affleklə evlənib.
Bizim.Media "TMZ" nəşrinə istinadən xəbər verir ki, cütlük iyulun 16-da şənbə günü nikahlarını rəsmiləşdiriblər.
Ben və Cennifer Las-Veqasda nikah şəhadətnaməsi alıblar.
Qeyd edək ki, cütlük 17 illik fasilədən sonra ötən il yenidən bir araya gəliblər.
Rəşad Əliyev, Bizim.Media