Ermənistan ordusunun əsgəri özünü güllələyib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, iyulun 14-də səhər saatlarında sıravi Arsen Manukyan döyüş mövqeyində xidmət edərkən ona tapşırılmış avtomatdan özünə atəş açıb.
Xəstəxanaya yerləşdirilə əsgərin həyatını xilas etmək mümkün olmayıb. Ermənistan İstintaq Komitəsi onun ölümü ilə bağlı cinayət işi açıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media