Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi təyin olunub.
Bizim.Media “Sputnik Armeni”ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi vəzifəsini Edvard Asryan icra edəcək.
Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Sənədə əsasən, Asryan bu vəzifəyə beş il müddətinə təyin edilib.
Bizim.Media