İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd ediləcək.

Bizim.Media xəbər verir ki,  bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 2022-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi tamam olur.

Azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatr sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanmış və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazmışdır.

Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.
Keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır.

1918–1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan Teatr öz fəaliyyətini 1922-ci ildə bərpa etmiş, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu almış, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşımışdır.

Azərbaycanlıların Ermənistandan 1948–1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşmüş, qaçqın həyatı yaşamalı olmuşdur.

1989-cu ildən Bakı şəhərində məskunlaşan Teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İrəvan Dövlət Azərbaycan Dram Teatrının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolunu nəzərə alaraq qərara alınıb:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Bu səlahiyyət icra başçılarından ALINIR

Bu səlahiyyət icra başçılarından ALINIR

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

"Analar bunu övladına hiss etdirməməlidir"

"Analar bunu övladına hiss etdirməməlidir"

Babək Şahbazi edam edildi - FOTO

Babək Şahbazi edam edildi - FOTO

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

“28 May”da avtobus qadını vurdu

“28 May”da avtobus qadını vurdu

End of content

No more pages to load

RADİO