Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” beynəlxalq hava limanında bomba həyəcanı yaşanıb.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, polisə hava limanına bomba qolması haqda məlumat verilib.
Hava limanındakı vətəndaşlar təxliyə edilib. Əraziyə istehkamçılar, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumatın yalan olduğunu, hava limanında heç bir partlayıcı qurğu aşkarlanmadığı bildirib.
Bizim.Media