Xəbər verdiyimiz kimi, son günlər dünyada koronavirusa yoluxma sayı artmaqdadır.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmağın vacib olduğunu açıqlayıb.
"Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska rejimindən imtina etməməlidir", - deyə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Bizim.Media