Dünyaca məşhur yazıçı Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özü instaqramda məlumat yayıb.
“Mən bir ata kimi onunla qürur duyuram. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”, - deyə Hüseyni qeyd edib.
Bizim.Media